Şarja-Bakı aviareysi ilə gələn iki sərnişindən gömrük nəzarətindən gizlədilən 654.90 karat brilyant aşkarlanıb

Sentyabr 3, 2026 13:14 / 106
Şarja-Bakı aviareysi ilə gələn iki sərnişindən gömrük nəzarətindən gizlədilən 654.90 karat brilyant aşkarlanıb
A-
A
A+

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkar edilib.

cbx-add

Turizmplus.az komitəyə istinadən xəbər verir ki, Şarja-Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan vətəndaşı gömrük yoxlamasına cəlb edilib.

Gömrük baxışı zamanı həmin şəxslərin üzərində gömrük nəzarətindən gizlədilən və içərisində brilyant qaşlar olan bağlamalar aşkar edilib.

Ekspertizanın rəyinə əsasən həmin brilyant qaşların ümumilkdə çəkisi 654.90 karatdır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər