USD 1.7
9 °C

Sabah Turizm Günü çərçivəsində COP29-da hansı tədbirlər baş tutacaq? – PROQRAM

Noyabr 19, 2024 13:47 / 166
Sabah Turizm Günü çərçivəsində COP29-da hansı tədbirlər baş tutacaq? – PROQRAM
A-
A
A+

Noyabrın 20-də BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında Turizm Günü keçiriləcək. Bu ərəfədə həm Mavi zonada həm də Yaşıl zonada müxtəlif tədbirlər nəzərdə tutulub.

cbx-add

Turizmplus.az onlardan bəzilərini oxucularına təqdim edir:

“Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” keçiriləcək. Tədbirdə Dövlət Turizm Agentliyinin, COP29 Prezidentliyinin, BMT-nin iqlim, ətraf mühit və turizm üzrə təşkilatlarının rəsmiləri, müxtəlif ölkələrin turizm nazirləri və dövlət nümayəndələri iştirak edəcək.

Tarix: 20 noyabr
Saat: 09:00-11:00
Məkan: Mavi Zona/ Sahə D/ İclas otağı 20

Turizm nazirlərinin görüşünün yekunu olaraq DTA və BMT Turizm Təşkilatının rəsmilərinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Tarix: 20 noyabr
Saat: 13:15-14:00
Məkan: Mavi Zona/Sahə D/ “Qarabağ” mətbuat konfrans otağı

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dünya Səyahət və Turizm Şurası (WTTC) tərəfindən “Səyahət və Turizm üzrə Net Sıfır Yol Xəritəsi”nin ikinci nəşri üzrə mətbuat konfransı keçiriləcək. Tədbirdə Dünya Səyahət və Turizm Şurasının Baş direktoru Culia Simpson çıxış edəcək.

Tarix: 20 noyabr
Saat: 16:00
Məkan: Yaşıl Zona/ “Su” Konfrans otağı

Oxşar xəbərlər