USD 1.7
16 °C

Rusiyaya səfər edən vətəndaşlarımızın DİQQƏTİNƏ – 1 DEKABRDAN…

Noyabr 14, 2024 14:08 / 230
Rusiyaya səfər edən vətəndaşlarımızın DİQQƏTİNƏ – 1 DEKABRDAN…
A-
A
A+

Rusiya hökuməti dekabrın 1-dən ölkənin sərhədini keçə bilmək üçün biometrik məlumatları təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə aparılacaq eksperimenti təsdiqləyib.

cbx-add

Turizmplus.az Modern.az-a istinadən xəbər verir ki, müvafiq qərarı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

Sənəddə eksperimentin iki mərhələdə baş tutacağı bildirilib. Birinci mərhələdə 2024-cü il dekabrın 1-dən 2026-cı il iyunun 30-dək Moskva (Domodedovo, Şeremetyevo, Vnukovo) və Moskva vilayətinin (Jukovski) beynəlxalq hava limanları və Orenburq vilayətindəki avtomobil buraxılış məntəqəsi (Maştakovo) vasitəsilə Rusiya Federasiyasına daxil olan əcnəbilər buraxılış məntəqələrində biometrik məlumatlarını verəcəklər.

Rusiyaya vizasız giriş üçün 30 iyun 2025-ci il tarixindən 30 iyun 2026-cı il tarixinədək keçiriləcək ikinci mərhələdə əcnəbilər əvvəlcədən biometrik və səfərin məqsədi haqqında məlumatlarını xüsusi tətbiqlə təqdim edə biləcəklər.

Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşına çatmamış uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların ölkədə akkreditə olunmuş nümayəndəliklərinə, onların ailə üzvlərinə şamil edilməyəcək.

Sənəddə həmçinin bildirilib ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi eksperimentlə bağlı xarici dövlətlərin diplomatik qurumlarını və konsulluqlarını xəbərdar etməyə borcludur.

Oxşar xəbərlər