USD 1.7
14 °C

“RMLHolidays”dən YENİLİK: Bu xidmət sayta əlavə edildi

Mart 14, 2025 12:52 / 30
“RMLHolidays”dən YENİLİK: Bu xidmət sayta əlavə edildi
A-
A
A+

Artıq “RMLHolidays” vebsaytı üzərindən təqdim olunan bütün xidmətlərdən faydalanarkən, e-sim alışı həyata keçirmək imkanı da mövcuddur.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu yenilik, istifadəçilərin səyahətlərini daha rahat və müasir bir şəkildə planlamalarına şərait yaradır. “RMLHolidays” ilə səyahət edərkən telefonunuzun mobil xidmətlərindən daha səmərəli şəkildə istifadə etmək üçün e-sim əldə edə bilərsiniz.

Qeyd edək ki, “RMLHolidays” – bu bir multifunksional və innovativ online rezervasiya sistemi məhsuludur. Sistemin əsas özəliyi və digər mövcud B2B portallardan fərqi, dünya üzrə 60-dan çox nəhəng Avropa, Amerika və Asiya məşəli aqreqatorların bir yerdə cəmləşməsi nəticəsində ən əlverişli qiymətlərlə bütün istiqamətlərdə turizm xidmətlərinin əldə olunma imkanıdır. “RML Holidays” bütün provayderlərlə birbaşa müqavilələr və dinamik qoşulma əsasında bütün xidmətlərin anında təsdiqləmə ilə fəaliyyət göstərir.

Oxşar xəbərlər