Azərbaycandakı hotelləri vahid platformadan bron edin: SAVTOUR B2B sistemindən yeni imkan

İyun 18, 2026 16:23 / 117
Azərbaycandakı hotelləri vahid platformadan bron edin: SAVTOUR B2B sistemindən yeni imkan
A-
A
A+

SAVTOUR turizm agentlikləri və tərəfdaşları üçün nəzərdə tutulmuş B2B rezervasiya sistemini təqdim edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, platforma vasitəsilə Azərbaycanın müxtəlif bölgələrində yerləşən otel və sanatoriyalarda onlayn rezervasiya aparmaq mümkündür.

Sistem istifadəçilərə real vaxt rejimində mövcudluq və qiymət məlumatlarını əldə etməyə, bron prosesini daha sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradır.

SAVTOUR-un B2B platformasında Bakı şəhərinin premium və biznes otelləri, Naftalanın müalicəvi sanatoriyaları və sağlamlıq mərkəzləri, eləcə də Lənkəran bölgəsinin istirahət və kurort kompleksləri üzrə geniş seçim təqdim olunur.

Şirkətin məlumatına görə, sistemin əsas üstünlükləri arasında onlayn və operativ rezervasiya, agentliklər üçün xüsusi tariflər, komissiyanın qiymətlərə daxil edilməsi və peşəkar dəstək xidməti yer alır.

Turizm agentlikləri platformada qeydiyyatdan keçərək şəxsi login və parol əldə edə, rezervasiyalarını müstəqil şəkildə idarə edə bilərlər.

Qeyd edək ki, qeydiyyat və sistemə giriş online.savtour.az vasitəsilə həyata keçirilir.

Əlavə məlumat və əməkdaşlıq üçün əlaqə:
+994 10 214 47 12
incoming@savtour.az

Oxşar xəbərlər