Yes Travel 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində iştirak edir – FOTOLAR
Yes Travel Marsol Qrupun təşkilatçılığı ilə keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində iştirak edir.
Şirkətdən Turizmplus.az saytına verilən məlumata görə, sərgi Yes Travel üçün yeni işgüzar əlaqələrin qurulması, əməkdaşlıq imkanlarının müzakirə edilməsi və təqdim etdiyi xidmətlərin daha geniş auditoriyaya tanıdılması baxımından əhəmiyyətli platformadır.
Sərgi müddətində şirkətin nümayəndələri stenddə ziyarətçiləri qarşılayaraq turizm xidmətləri, mövcud təkliflər və gələcək layihələr barədə ətraflı məlumat verirlər. Eyni zamanda müxtəlif şirkət və təşkilatlarla yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi istiqamətində görüşlər keçirilir.
Yes Travel komandası sərgi iştirakçılarını və ziyarətçiləri öz stendlərinə dəvət edərək yeni tərəfdaşlıqlar və işgüzar əlaqələrin qurulmasına açıq olduqlarını bildirib.
Qeyd edək ki, Yes Travel şirkətinin stendi sərgi məkanında 274 nömrəli stenddə yerləşir.

