Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın hava məkanının mülki aviasiya üçün təhlükəli olduğu barədə xəbərdarlığına münasibət bildirib.
Turizmplus.az xəbər verir ki, Putin bu açıqlamanın həqiqətən də səsləndirildiyi təqdirdə, bunu “dövlət terroruna birbaşa cəhd” kimi qiymətləndirib.
Rusiya lideri Rusiyada Ukrayna təhlükəsi səbəbindən mülki aviasiya ilə bağlı hər hansı faciə baş verərsə, buna cavab veriləcəyini bildirib:
“Necə cavab verəcəyimizi taparıq. Buna heç kimin şübhəsi olmasın”.
Putin həmçinin Ukrayna ilə danışıqlar məsələsinə toxunaraq, “terrorçularla danışıqlar aparılmır” deyib.

