USD 1.7
20 °C

Palçıq Vulkanları Turizm Kompleksi qapılarını ziyarətçilərə açır – QİYMƏTLƏR VƏ XİDMƏTLƏR

İyun 14, 2024 14:38 / 330
Palçıq Vulkanları Turizm Kompleksi qapılarını ziyarətçilərə açır – QİYMƏTLƏR VƏ XİDMƏTLƏR
A-
A
A+

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.

cbx-add

Qoruqları İdarəetmə Mərkəzinin (QİM) mətbuat katibi Fərəh Sabirqizi Turizmplus.az saytına Palçıq Vulkanları Turizm Kompleksinin bu gündən ziyarətçilər üçün açıldığını bildirib. Onun sözlərinə görə, biletləri kompleksin kassası və iticket.az saytından əldə etmək mümkündür.

Bilet qiymətləri (Sərgi salonlarına giriş daxildir):

Yerli vətəndaşlar – 5 AZN

Tələbələr – 3 AZN

Xarici vətəndaşlar – 15 AZN

Məktəblilər – ödənişsiz

Şəhidlərin ailə üzvlərinə, qazilərə və əlillərə – ödənişsiz

Qeyd edək ki,  Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub.  Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.

Palçıq Vulkanları Turizm Kompleksi
Palçıq Vulkanları Turizm Kompleksi

Kompleksin Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi ilə böyük maraq doğurur. Sərginin “Böyük pişiklər”, “Qobustan faunası”, “Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri”, “Azərbaycanın həşərat dünyası”, “Kiçik ölçülü heyvan skeletləri” guşələrində Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının skeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər sərgilənir.

Ərazidə 110 nəfərlik restoran da tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Burada panoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançaya qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.

Palçıq Vulkanları Turizm Kompleksi

Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidə tura qoşulmaq imkanı əldə edəcəklər.

Oxşar xəbərlər