online.savtour.az sistemində daha bir yenilik – GÜRCÜSTAN SANATORİYALARI

“Savtour” MMC turizm agentliyi online.savtour.az rezervasiya sistemini genişləndirməyə davam edir.

Şirkətdən Turizmplus.az saytına verilən məlumata görə, sistemə Gürcüstanın Borjomi və Sairme istiqamətlərində yerləşən sanatoriyalar da əlavə edilib. Artıq yerli şirkətlərin nümayəndələri və Özbəkistanda fəaliyyət göstərən şirkətlər sistem vasitəsilə Borjomidə yerləşən “Borjomi Likani”, “Borjomi Palace” hotellərini və Sairmedə yerləşən “Sairme Hotels and Resorts” hotelini rezervasiya edə bilərlər.
Qeyd edək ki, sistem qısa müddət ərzində Azərbaycanda fəaliyyət göstərən sanatoriya və hotellərlə qarşılıqlı əlaqələr yaradıb və sərfəli qiymətlər təklif edir. Həm MDB ölkələrində həm də Azərbaycanda fəaliyyət göstərən şirkətlər bu sistemdən hotelləri və digər turizm xidmətlərini əldə edə bilərlər.