Növbəti il Bakıdan bu vacib istiqamətə birbaşa reyslər açıla bilər – RƏSMİ

İyul 9, 2026 15:11 / 109
Növbəti il Bakıdan bu vacib istiqamətə birbaşa reyslər açıla bilər – RƏSMİ
A-
A
A+

Çindən Azərbaycana turist axınının artırılması məqsədilə Şanxay-Bakı birbaşa aviareysinin açılması planlaşdırılır.

cbx-add

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, gələn ilin may ayından etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Şanxay-Bakı marşrutu üzrə uçuşlara başlamağı planlaşdırır: “İki ay əvvəl Pekində Azərbaycanın turizm nümayəndəliyi fəaliyyətə başlayıb. Hazırda digər Çin aviaşirkətləri ilə də Azərbaycana birbaşa uçuşların təşkili istiqamətində danışıqlar aparılır. Çin Azərbaycanın prioritet turizm bazarlarından biridir və bu bazarda tanıtım fəaliyyətləri davam etdiriləcək”.

Oxşar xəbərlər