Bakıda beynəlxalq turizm və səyahət texnologiyaları tədbiri – Uzakrota Baku 2026 keçiriləcək.
Turizmplus.az xəbər verir ki, tədbir oktyabrın 7-də JW Marriott Absheron Baku hotelində təşkil olunacaq.
Uzakrota Baku 2026 çərçivəsində turizm və səyahət sənayesinin aparıcı şirkətləri, tur operatorları, aviaşirkətlər, hotel şəbəkələri, səyahət agentlikləri, texnologiya şirkətləri və startaplar bir araya gələcək.
Sammitdə səyahət texnologiyalarında süni intellekt və avtomatlaşdırma, yeni nəsil ödəniş sistemləri, regional aviasiya, hotelçilikdə rəqəmsal transformasiya, davamlı və lüks turizm kimi mövzular müzakirə olunacaq.
Tədbir iştirakçılar üçün B2B görüşlər və yeni beynəlxalq əməkdaşlıqlar qurmaq imkanı da yaradacaq.
Qeydiyyat: Uzakrota Baku 2026 üçün iştirak, stend və sponsorluq müraciətləri davam edir. Ətraflı məlumat və qeydiyyat üçün Uzakrota-nın rəsmi saytına daxil olmaq mümkündür: uzakrota.com/baku26.

