Mayda Bakıdan bu istiqamətə uçuşlar başlayacaq – MƏLUMAT

Dekabr 19, 2025 13:17 / 146
Mayda Bakıdan bu istiqamətə uçuşlar başlayacaq – MƏLUMAT
A-
A
A+

Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” 2026-cı il mayın 3-dən Belqrad və Bakı arasında birbaşa uçuşlara başlayacaq.

cbx-add

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, “Air Serbia” gələn il Azərbaycan paytaxtı da daxil olmaqla altı istiqamətə birbaşa uçuşlar həyata keçirəcək.

Belə ki, aprelin 30-dan Santoriniyə (Yunanıstan), mayın 3-dən Bakıya, mayın 23-də Torontoya (Kanada), sentyabrın 30-da Sevilyaya (İspaniya), oktyabrın 27-də Tenerifeyə (İspaniya), dekabrın 14-dən isə Tromsoya (Norveç) uçuşlar həyata keçiriləcək.

Noyabrın sonunda “Air Serbia” şirkətinin baş direktoru İrji Marek Serbiya Radio Televiziyasına (RTS) bildirib ki, Belqraddan Bakıya birbaşa aviareyslərin açılması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar yekun mərhələdədir.

Oxşar xəbərlər