“Jeluxe Travel”in Doha Qrup Turu davam edir – Yanvar ayı üçün yeni tarixlər açıqlandı

Dekabr 2, 2025 16:45 / 276
“Jeluxe Travel”in Doha Qrup Turu davam edir – Yanvar ayı üçün yeni tarixlər açıqlandı
A-
A
A+

Jeluxe Travel-in bu mövsüm üçün ən çox maraq doğuran səfərlərindən biri olan Doha Qrup Turu hazırda davam edir. 30 noyabr – 4 dekabr tarixlərini əhatə edən turda iştirakçılar Qətərin paytaxtını müxtəlif rakurslardan tanımaq imkanı əldə edirlər.

cbx-add

Turizmplus.az xəbər verir ki, Doha istiqaməti açılan kimi təşkil olunan ilk turda şirkət 45 nəfərlik böyük bir qrupa uğurla xidmət göstərib. Hazırda isə növbəti – 30 noyabr–4 dekabr tarixli qrup turu aktiv şəkildə davam edir.

Proqram çərçivəsində qrup artıq şəhərin bir sıra tanınmış məkanlarını ziyarət edib. Marşruta Corniche sahil zolağı, İslam İncəsənəti Muzeyi (MIA), Mina District Doha Port, Qanat Quarter, Katara Cultural Village, The Pearl City, Lusail Moon Tower, Villaggio Mall və Souq Waqif kimi Doha turizminin əsas nöqtələri daxildir.

Qonaqlar üçün aviabilet, otel yerləşməsi, səhər yeməyi, transfer və sığorta daxil olmaqla bütün xidmətlər təmin olunub. Bu günlərdə iştirakçıları həmçinin axşam saatlarında təşkil olunan cruise proqramı və istəyə uyğun olaraq gənclər üçün xüsusi əyləncə proqramı gözləyir.

Jeluxe Travel-in təşkilatçılığı ilə seçilən əsas cəhət marşrutun sıradan bir turpaket kimi deyil, xüsusi seçilmiş təcrübə kimi təqdim edilməsidir. Peşəkar bələdçilər, yüksək səviyyəli logistika və düşünülmüş proqram səyahətin hər gününü daha maraqlı edir.

Şirkət artıq növbəti Doha turunun tarixlərini də elan edib. Yeni qrup səfəri 18–22 yanvar tarixlərində keçiriləcək və qeydiyyat artıq açıqdır.

Oxşar xəbərlər