USD 1.7
7 °C

İndoneziya vizasını necə almalı? – ƏTRAFLI İZAH

Dekabr 7, 2024 12:51 / 437
İndoneziya vizasını necə almalı? – ƏTRAFLI İZAH
A-
A
A+

Artıq Azərbaycan vətəndaşları İndoneziyaya sərhəddə viza (on arrival) alaraq daxil ola bilərlər, həm də əvvəlki kimi 110$ yox, 30€ ödəməklə.

cbx-add

Turizmplus.az xəbər verir ki, vizaların alınması barədə ətraflı məlumatı viza mütəxəssisi, səyahət yazarı Elşən İsmayılov verib.

Vizanı əvvəlcədən onlayn qaydada əldə etmək üçün aşağıdakı linkə daxil olub 10 dəqiqə vaxt sərf etmək kifayətdir.

Link: evisa.imigrasi.go.id/web/visa-selection

Daxil olduqdan sonra:

I am traveling on a passport from – “Azerbaijan” seçirik.

The main purpose of my visit to Indonesia is – “General, Family or social” seçirik.

The sub purpose of my visit to Indonesia is – “Tourism, Family, Visit and Transit” seçirik.

I want to explore & choose a visa – “B1 Tourist visa on arrival” seçirik.

I am planning to stay – “30 days” seçirik.

Sonra aşağıda sarı rənglə yazılan “Detail & apply” ilə davam edirik. Növbəti səhifədə aşağıdakı şərtlərlə tanış oluruq.

1. Bu viza ilə İndoneziyada 30 gün qalmaq mümkündür, ancaq müddəti 60 günə qədər uzatmaq mümkündür.
2. Rüsum-30 avro.
3. Bu viza ilə Turizmlə bağlı fəaliyyətlərin aparılması, dostlara və ya ailəyə baş çəkmək, görüşlərdə, tədbirlərdə, konvensiyalarda və sərgilərdə iştirak etmək, yaxtada İndoneziyada səyahət etmək olar.
4. Səyahət dövründə qanun və qaydalara əməl etməli, yerli adətlərə, mədəniyyətə və müdrikliyə hörmət etməli, kifayət qədər yaşayış xərclərinə sahib olmalıyıq.
5. İndoneziyada müddətdən artıq qalmaq, qadağan olunmuş fəaliyyətlərlə məşğul olmaq, viza şərtlərinə əməl etməmək və ya İndoneziya qanunlarına əməl etməmək cərimə və deportasiyaya səbəb olacaq. İndoneziyada fiziki şəxslərdən və ya şirkətlərdən mükafat və ya əmək haqqı almaq qadağandır.
6. Tələb olunan sənədlər.

Sərhəddə “pasport control”-da aşağıdakı sənədlər tələb olunacaq: Pasport (ən azı 6 ay etibarlı olmalıdır). İndoneziyadan çıxış bileti, hotel rezervasiyaları.

Sonra aşağıda “APPLY” ilə davam edirik.

Travel Document – Buraya pasportumuzun əsas səhifəsinin şəklini yerləşdiririk (upload) .
Personal Information Photo * – Buraya öz şəklimizi (JPEG/ .JPG/ .PNG formatında, Min. 400x600px. Maks. ölçüsü 2 Mb) yerləşdiririk (upload) .

“NEXT” ilə davam edirik və “Personal Information” səhifəsi açılır.

Burada ad, soyad, doğum tarixi və yeri, cinsiyyət, mobil nömrə, pasportumuzun nömrəsi, verilmə tarixi və yeri, milli mənsubiyyətimizi yazıırıq.

Address in Indonesia: Burada hotelimizin adı, ünvanını yazırırıq.

Main Document: Burada pasportumuzu PDF formatında daxil etməliyik.

Return Ticket: İndoneziyadan çıxış biletimizi (bron) PDF formatında daxil etməliyik.

Applicant Contact Confirmation: Buraya elektron ünvanımızı yazırıq.

Növbəti səhifədə bütün “check?” yazılan xanaları işarələyirik, təsdiqləyirik və “save” ilə davam edirik və “SUBMIT” seçirik.

Növbəti səhifə açılır, burada “Payment” seçirik və ödəniş edirik.

Vizamızın ilkin versiyası hazır olur və elektron ünvanımıza göndərilir. Sərhəddə göstərərək vizamızı alırıq və ölkəyə daxil oluruq.

Oxşar xəbərlər