USD 1.7
27 °C

İçərişəhər ərazisində qeyri-peşəkar turizm xidmətləri təklif edən şirkətlər və şəxslərlə bağlı tənzimləyici addımlar atılacaq

İyun 5, 2024 12:04 / 207
İçərişəhər ərazisində qeyri-peşəkar turizm xidmətləri təklif edən şirkətlər və şəxslərlə bağlı tənzimləyici addımlar atılacaq
A-
A
A+

ATAA ilə iş birliyinin artırılması və üzv şirkətlərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun Elmi-Mədəni Mərkəzinin direktoru Rəşad Qəmbərov arasında keçirilən görüşdə müzakirə olunub.

cbx-add

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüş çərçivəsində Qoruq ərazisində qeydiyyatsız fəaliyyət göstərən, eləcə də qeyri-peşəkar və sağlam rəqabətə əsaslanmayan turizm xidmətləri təklif edən şirkətlər və şəxslərlə bağlı tənzimləyici addımların atılması, saxta ekskursiyalar təşkil edənlərə qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsi, o cümlədən qoruq ərazisində müasir və proqressiv turizmin inkişaf etdirilməsi və Assosiasiya ilə turizm əlaqələrinin dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda Qoruq ərazisində keçirilən tədbirlər, yeniliklər və yeni turizm məhsulları haqqında məlumatların ATAA ilə öncədən bölüşülməsi, üzv şirkətlər üçün tanışlıq məqsədli infoturların təşkili ,həmçinin turistik səfərlər zamanı avtobusların qoruq ərazisinə daxil olması, turistlərin daşınmasında elektrokarların cəlb olunması məsələləri müzakirə olunub.

Görüş zamanı ATAA sədri Göydəniz Qəhrəmanov yaşanan problemlərin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə və birgə fəaliyyəti genişləndirməyə hazır olduğunu diqqətə çatdırıb.

Oxşar xəbərlər