Hindistanlı turistlərin Türkiyə və Azərbaycana səfərlərində kəskin azalma

Sentyabr 28, 2025 16:05 / 110
Hindistanlı turistlərin Türkiyə və Azərbaycana səfərlərində kəskin azalma
A-
A
A+

Hindistan ictimaiyyətində son aylarda başlayan boykot kampaniyaları Türkiyə və Azərbaycana səyahət axınına ciddi təsir göstərib. “Operation Sindoor” əməliyyatından sonra hər iki ölkənin Pakistanı dəstəklədiyi barədə yayılan məlumatlar hindistanlı turistlərin bu istiqamətlərə səfərlərini kütləvi şəkildə ləğv etməsinə səbəb olub.

cbx-add

Turizmplus.az xəbər verir ki, rəsmi məlumatlara görə, yalnız 2025-in iyun ayında Türkiyəyə səfər edən hindistanlıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz azalıb. Azərbaycana olan turlarda da oxşar dinamika müşahidə olunur. Hindistanın aparıcı turizm şirkətləri artıq Türkiyə və Azərbaycana paket satışlarını müvəqqəti dayandırıblar.

Ekspertlər bildirirlər ki, boykotların davam etməsi hər iki ölkənin turizm gəlirlərinə mənfi təsir göstərəcək. Bunun fonunda hindistanlı turistlərin daha çox Gürcüstan, Serbiya, Yunanıstan və BƏƏ kimi alternativ istiqamətlərə üz tutduğu vurğulanır.

Oxşar xəbərlər