USD 1.7
9 °C

Heydər Əliyev Beynəlxalq Aeroportunda YENİLİK

Noyabr 23, 2024 15:34 / 192
Heydər Əliyev Beynəlxalq Aeroportunda YENİLİK
A-
A
A+

Heydər Əliyev Beynəlxalq Aeroportu xidmət keyfiyyətinin və əməliyyat səmərəliliyinin artırılmasına yönəlmiş innovativ texnologiyaların tətbiqini davam etdirir.

cbx-add

Turizmplus.az xəbər verir ki, Hava limanının 1-ci Terminalında uçuşa qeydiyyat (Self Check-In) və baqaj təhvili (Baggage Drop-Off) üçün özünəxidmət köşklər quraşdırılıb. Gələcəkdə bu avadanlıqların 2-ci Terminalda da quraşdırılması planlaşdırılır.

Sərnişinlərdən baqajlarında artıq çəki olduğu zaman ənənəvi qeydiyyat məntəqələrindən istifadə etmələri xahiş olunur.

Hazırda “Self check-in” və “Baggage drop off” xidmətlərindən “Azərbaycan Hava Yolları”nın sərnişinləri istifadə edə bilirlər. “Turkish Airlines”, “Qatar Airways”, “Uzbekistan Airways” və “Kuwait Airways” aviaşirkətləri də yaxın gələcəkdə bu xidmətlərə qoşulmaq niyyətindədirlər.

Tranzit sərnişinlər üçün qeydiyyat proseduru ənənəvi olaraq qalır.
Yeni özünəxidmət sistemlərindən istifadə qaydaları haqqında daha ətraflı məlumat əldə etmək üçün hava limanının əməkdaşlarına müraciət edə və ya Heydər Əliyev Beynəlxalq Hava Limanının rəsmi saytını ziyarət edə bilərsiniz airport.az

Heydər Əliyev Beynəlxalq Aeroportu

Oxşar xəbərlər