Gəncədə yeni Turizm İnformasiya Məntəqəsi quraşdırılıb – FOTOLAR
![Gəncədə yeni Turizm İnformasiya Məntəqəsi quraşdırılıb – FOTOLAR Gəncədə yeni Turizm İnformasiya Məntəqəsi quraşdırılıb – FOTOLAR](https://turizmplus.az/wp-content/uploads/2025/01/472406521_911969507791458_1494190563865781097_n-1200x905.jpg)
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti 423 ünvanının qarşısında (Heydər Əliyev Meydanı ilə üzbəüz, Gəncə Hotelin qarşısı) Gəncə Turizm İnformasiya Məntəqəsi quraşdırılıb.
![cbx-add](https://turizmplus.az/wp-content/uploads/2024/12/4300_2.gif)
Turizmplus.az xəbər verir ki, Turizm İnformasiya Məntəqəsi həftənin 7 günü saat 10:00-dan 18:00-a qədər fəaliyyət göstərəcək. Burada Gəncənin və qərb bölgəsinə daxil olan turistik destinasiyaların müxtəlif çap materialları və tanıtım videoçarxlarını izləyib, bölgə haqqında geniş məlumat əldə edə bilərsiniz.