Fun&Sun tur-operatorunun təşkilatçılığı ilə İstanbula İNFO-TUR keçiriləcək

Noyabr 5, 2025 13:34 / 309
Fun&Sun tur-operatorunun təşkilatçılığı ilə İstanbula İNFO-TUR keçiriləcək
A-
A
A+

15–20 dekabr tarixlərində Fun&Sun tur-operatorunun təşkilatçılığı ilə turizm sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün İstanbulda infotur proqramı keçiriləcək. Geri dönüş tarixi 21 dekabr olaraq müəyyən edilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, proqramın əsas məqsədi iştirakçılara otellərin, turizm infrastrukturunun və yeni istiqamətlərin yerində tanıdılması, eləcə də turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

İnfotur proqramının qiyməti 300 ABŞ dolları (netto) təşkil edir.

Qiymətə daxildir:

  • Otellərdə yerləşmə (BB — səhər yeməyi, inspeksiya günlərində HB)

  • Proqrama uyğun transferlər

  • Qidalanma

  • Sığorta

  • Otel inspeksiyaları

  • Ekskursiya proqramı

  • İki tərəfli aviauçuş

Uçuş məlumatı:
VF 180 (Ajet Air): Bakı (GYD) [06:55] – İstanbul (SAW) [09:00]
VF 179 (Ajet Air): İstanbul (SAW) [00:15] – Bakı (GYD) [04:05]

Proqrama qeydiyyatdan keçmək üçün aşağıdakı ünvana müraciət edilə bilər:
gunel.hajizada@fstravel.az

Oxşar xəbərlər