Fun&Sun agentlər üçün Şri Lankaya FAM Trip təşkil edir – MƏLUMAT

Oktyabr 9, 2026 15:14 / 95
Fun&Sun agentlər üçün Şri Lankaya FAM Trip təşkil edir – MƏLUMAT
A-
A
A+

Turizm şirkətlərinin nümayəndələri üçün Şri Lankanın turizm imkanları ilə tanış olmaq məqsədilə FAM Trip təşkil olunur.

cbx-add

Turizmplus.az xəbər verir ki, “Fun&Sun” tur-operatoru tərəfindən təşkil edilən səfər 1–8 noyabr tarixlərində baş tutacaq. 7 gecə, 8 gün davam edəcək proqram çərçivəsində iştirakçılar Şri Lankanı yaxından tanımaq, hotelləri kəşf etmək və istiqamətin turizm məhsulları barədə ətraflı məlumat əldə etmək imkanı qazanacaqlar.

FAM Trip-in iştirak haqqı bir nəfər üçün 549 ABŞ dolları təşkil edir. Qiymətə HB (səhər yeməyi və şam yeməyi) qidalanma və iki nəfərlik otaqda yerləşmə (½ DBL) daxildir. Aviabiletlər iştirak haqqına daxil deyil və ayrıca ödənilir.

İştirak etmək istəyən turizm agentləri müraciətlərini murad.agamaliyev@fstravel.az elektron poçt ünvanına göndərə bilərlər.

Təşkilatçılar yerlərin sayının məhdud olduğunu bildirirlər.

Oxşar xəbərlər