“Flydubai” mayın 1-dən etibarən Dubay – Bakı – Dubay marşrutu üzrə uçuşların sayını artırır.
Bu barədə “Aviapartner” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev Turizmplus.az saytına məlumat verib.
Bildirilib ki, yeni uçuş cədvəlinə əsasən həftədə 3 gün – çərşənbə, cümə və bazar günləri reyslər həyata keçiriləcək. Bununla da ümumi həftəlik uçuş sayı 10-a çatdırılacaq.
Qeyd olunur ki, reyslərin artırılması sərnişin tələbatının ödənilməsi və iki istiqamət arasında səyahət imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

