“Flydubai” bu tarixdən Bakı–Dubay reyslərini artırır: həftəlik uçuş sayı 10-a çatacaq

Aprel 28, 2026 11:19 / 226
“Flydubai” bu tarixdən Bakı–Dubay reyslərini artırır: həftəlik uçuş sayı 10-a çatacaq
A-
A
A+

“Flydubai” mayın 1-dən etibarən DubayBakı – Dubay marşrutu üzrə uçuşların sayını artırır.

cbx-add

Bu barədə “Aviapartner” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev Turizmplus.az saytına məlumat verib.

Bildirilib ki, yeni uçuş cədvəlinə əsasən həftədə 3 gün – çərşənbə, cümə və bazar günləri reyslər həyata keçiriləcək. Bununla da ümumi həftəlik uçuş sayı 10-a çatdırılacaq.

Qeyd olunur ki, reyslərin artırılması sərnişin tələbatının ödənilməsi və iki istiqamət arasında səyahət imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Oxşar xəbərlər