USD 1.7
20 °C

ƏHMƏD QURBANOV: Cari ildə ölkəyə səfər edən turistlərin sayı maksimum sayda artacaq

May 4, 2024 14:18 / 382
ƏHMƏD QURBANOV: Cari ildə ölkəyə səfər edən turistlərin sayı maksimum sayda artacaq
A-
A
A+

“İnanıram ki, cari ildə ölkəyə səfər edən turistlərin sayı maksimum sayda artacaqdır. Bu təbii ki inkişafın bir göstəricisidir”.

cbx-add

“Mediaplus” xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədrinin müavini Əhməd Qurbanov “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nda deyib. Sədr müavini qeyd edib ki, 2020 – ci ildən başlayan Covid19 pandemiyası, bütün sahələrdə olduğu kimi turizm sferasına da böyük zərbələr vurub.

“Pandemiyanın təsirlərindən sonra turizm sıfır nöqtəsinə gəlib çatsa da dövlət qurumlarının və sənaye nümayəndlərinin dəstəyi ilə bu sahə qısa zamanda yenidən dirçəlməyə başladı. Hazırda statistikaya nəzər yetirsək görə bilərik ki, ölkəmizə səfər edən turistlərin sayı pandemiyadan əvvəlki vaxtlardakı saya çox yaxınlaşıb.

Azərbaycan Turizm Agentləri Assosiasiyası Azərbaycan turizmini həm daxildə , həm də xaricdə yüksək səviyyədə, müxtəlif sərgilərdə, forum və tədbirlərdə  təbliğ edir.

Xarici turistlər Azərbaycanın müxtəlif  və zəngin folkloru, mətbəxi, ənənələri, tarixi abidələri, turizm obyektləri ilə yaxından tanış olurlar. Azərbaycan turistlər üçün cəlbedici məkan olaraq diqqətdədir”, – deyə Əhməd Qurbanov qeyd edib.

Oxşar xəbərlər