Dünyanın varlı insanları Yeni ili harada qarşılayır? – İSTİQAMƏTLƏR VƏ QİYMƏTLƏR

Noyabr 27, 2026 10:51 / 59
Dünyanın varlı insanları Yeni ili harada qarşılayır? – İSTİQAMƏTLƏR VƏ QİYMƏTLƏR
A-
A
A+

Yeni ili dünyanın ən prestijli qış kurortlarında və lüks istirahət məkanlarında qarşılamaq istəyənlər üçün xüsusi səyahət paketləri təqdim olunur.

cbx-add

Turizmplus.az xəbər verir ki, “Baku Holiday Travel” turizm şirkəti 2027-ci ili dünyanın məşhur qış turizmi istiqamətlərində qarşılamaq istəyən səyahətçilər üçün lüks tur paketləri hazırlayıb.

Təklif olunan istiqamətlər arasında İsveçrə, Fransa və Finlandiyanın məşhur qış kurortları yer alır.

Yeni il üçün təklif olunan lüks səyahət istiqamətləri və qiymətlər:

  • Sankt-Morits, İsveçrə – Alp dağlarının möhtəşəm mənzərələri və dəbdəbəli istirahət imkanları. 29 dekabr – 3 yanvar, 3 739 ABŞ dollarından başlayan qiymətlərlə.

  • Kurşavel, Fransa – dünyanın ən prestijli xizək kurortlarından biri. 27 dekabr – 6 yanvar, bir nəfər üçün 6 808 avrodan başlayan qiymətlərlə.

  • Mejev, Fransa – Fransa Alplərində yüksək səviyyəli istirahət və unudulmaz Yeni il atmosferi. 27 dekabr – 6 yanvar, paket qiyməti 8 968 avro.

    CƏMİ 300 AZN-ə 12 AYLIQ MEDİA TƏRƏFDAŞLIĞI – Turizmplus.az-da yeni proqram

  • Rovaniemi, Finlandiya (Laplandiya) – Şaxta babanın kəndi və əsrarəngiz qış mənzərələri. 29 dekabr – 2 yanvar, bir nəfər üçün 14 500 ABŞ dollarından başlayan qiymətlərlə.

Şirkət səyahətçilərə fərdi lüks tur paketlərinin hazırlanması və VIP rezervasiya xidmətləri də təklif edir.

Qeyd edək ki, qiymətlər seçilmiş səyahət tarixlərindən və mövcud yerlərdən asılı olaraq dəyişə bilər. Yekun qiymət rezervasiya zamanı dəqiqləşdirilir.

Ətraflı məlumat və rezervasiya üçün: *2227

Oxşar xəbərlər