Dünyanın ən çox ziyarət edilən 20 muzeyi açıqlanıb: İlk üçlük Çinə məxsusdur

Noyabr 6, 2026 11:48 / 15
Dünyanın ən çox ziyarət edilən 20 muzeyi açıqlanıb: İlk üçlük Çinə məxsusdur
A-
A
A+

Dünyanın ən çox ziyarət edilən muzeylərinin 2025-ci il üzrə reytinqi açıqlanıb. Siyahıya əsasən, ilk üç yeri Çin muzeyləri tutub, Parisdə yerləşən Luvr Muzeyi isə dördüncü olub.

cbx-add

Turizmplus.az xəbər verir ki, Themed Entertainment Association (TEA) tərəfindən yayımlanan statistikaya görə, dünyanın ən çox ziyarət edilən 20 muzeyinə ümumilikdə 161,4 milyon nəfər baş çəkib. Bu, əvvəlki illə müqayisədə 5,4 faiz artım deməkdir.

Siyahının ilk pilləsində Pekindəki Saray Muzeyi 19 milyon ziyarətçi ilə qərarlaşıb. İkinci yerdə 17,38 milyon ziyarətçi ilə Yay Sarayı, üçüncü yerdə isə 10,97 milyon ziyarətçi ilə Sian şəhərindəki Terrakota Ordusu Muzeyi yer alıb.

Avropanın ən çox ziyarət edilən muzeyi olan Parisdəki Luvr Muzeyinə 9,04 milyon nəfər baş çəkib. London Təbiət Tarixi Muzeyi 7,1 milyon, Vatikan Muzeyləri isə 6,93 milyon ziyarətçi ilə siyahıda yer alıb. British Museum və Versal Sarayı da ilk onluğa daxil olub.

Reytinqdə Çin və Cənubi Koreya muzeylərinin üstünlük təşkil etməsi Asiyanın mədəni turizm bazarında artan rolunu göstərir.

Dünyanın ən çox ziyarət edilən 10 muzeyi:

  1. Saray Muzeyi, Pekin – 19 milyon
  2. Yay Sarayı, Pekin – 17,38 milyon
  3. Terrakota Ordusu Muzeyi, Sian – 10,97 milyon
  4. Luvr Muzeyi, Paris – 9,04 milyon
  5. Versal Sarayı, Fransa – 8,4 milyon
  6. Shenzhen Nanshan Muzeyi – 7,45 milyon
  7. Təbiət Tarixi Muzeyi, London – 7,11 milyon
  8. Vatikan Muzeyləri – 6,93 milyon
  9. Afyon müharibələri muzeyi, Dongguan – 6,92 milyon
  10. Çin Milli Muzeyi, Pekin – 6,9 milyon

Oxşar xəbərlər