“Discover Azerbaijan”ın yeni layihəsi: DAB2B.AZ PLATFORMASI

İyun 19, 2026 17:13 / 125
“Discover Azerbaijan”ın yeni layihəsi: DAB2B.AZ PLATFORMASI
A-
A
A+

10 illik fəaliyyətini qeyd edən Discover Azerbaijan Luxury Travel & DMC yeni layihəsi – DAB2B.AZ platformasını turizm agentliklərinin istifadəsinə verib.

cbx-add

Turizmplus.az xəbər verir ki, platforma Azərbaycan istiqamətini satan turizm agentliklərinin işini daha sürətli və rahat etmək məqsədilə hazırlanıb. DAB2B.AZ vasitəsilə istifadəçilər hotellər, transfer xidmətləri, ekskursiyalar, e-viza və digər turizm məhsullarını vahid sistem üzərindən mövcudluğu yoxlaya, rezervasiya edə və ani təsdiq imkanı əldə edə bilərlər.

Platformanın əsas üstünlüklərindən biri AI Assistant funksiyasıdır. Agentlik sadəcə turistin istəklərini, səyahət tarixlərini, iştirakçı sayını və digər tələbləri daxil edir, sistem isə mövcud məhsullar əsasında avtomatik olaraq hazır və hesablanmış tur təklifi formalaşdırır. Bundan əlavə, agentlik yaradılmış təklifi öz loqosu və korporativ məlumatları ilə brendləşdirərək məhsul kimi yadda saxlaya və birbaşa müştəriləri ilə paylaşa bilir.

Discover Azerbaijan Luxury Travel & DMC şirkətinin direktoru Könül Süleymanova bildirib ki, layihənin əsas məqsədi Azərbaycana turist göndərən və bu istiqamətdə satış həyata keçirən turizm agentliklərinin işini maksimum dərəcədə asanlaşdırmaqdır.

Qeyd edək ki, turizm agentlikləri www.dab2b.az saytında qeydiyyatdan keçərək platformadan istifadə edə bilərlər.

www.dab2b.az
info@datravel.az
+994 77 735 50 05

DAB2B.AZ – Discover. Book. Earn.

Oxşar xəbərlər