İran aviaşirkətləri tərəfindən Azərbaycana həyata keçirilən uçuşlar müvəqqəti dayandırılıb.
Turizmplus.az xəbər verir ki, bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilib.
Bildirilib ki, ABŞ tərəfindən İranın aviasiya sektoruna tətbiq edilmiş sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri sentyabrın 22-dən dayandırılıb.
“Mövcud məhdudiyyətlərlə əlaqədar müvafiq aviaşirkətlərə və biletlərin əldə edildiyi satış məntəqələrinə müraciət edilməsi tövsiyə olunur”, – məlumatda vurğulanıb.

