DİQQƏT: Bakı-Doha-Bakı reysləri bu tarixədək LƏĞV EDİLDİ

Mart 2, 2026 11:36 / 245
DİQQƏT: Bakı-Doha-Bakı reysləri bu tarixədək LƏĞV EDİLDİ
A-
A
A+

Qətər hava məkanının müvəqqəti bağlanması səbəbindən Qatar Airways aviaşirkətinin uçuş əməliyyatları dayandırılmış vəziyyətdə qalır.

cbx-add

Turizmplus.az xəbər verir ki, qərar Qətər Mülki Aviasiya İdarəsi tərəfindən hava məkanının təhlükəsizlik baxımından qiymətləndirilməsi ilə əlaqədar qəbul edilib. Rəsmi açıqlamaya əsasən, hava məkanının təhlükəsiz şəkildə yenidən açıldığı elan edildikdən sonra aviaşirkət mərhələli şəkildə uçuşların bərpasına başlayacaq.

Məlumata görə, 3 mart tarixinə planlaşdırılan QR 351 / QR 352 marşrutu üzrə DohaBakı–Doha reysi ləğv olunub.

Aviaşirkət tərəfindən növbəti rəsmi yeniləmənin 3 mart saat 09:00-da (Doha vaxtı ilə) / 06:00 UTC təqdim ediləcəyi bildirilib.

Sərnişinlərə uçuş statusunu mütəmadi olaraq yoxlamaq və dəyişikliklərlə bağlı aviaşirkət və ya bilet aldıqları agentliklə əlaqə saxlamaq tövsiyə olunur.

Oxşar xəbərlər