USD 1.7
22 °C

“COP29” günlərində Bakıdan uçuşlarda məhdudiyyət tətbiq olunacaq? – AÇIQLAMA

Sentyabr 13, 2024 15:02 / 704
“COP29” günlərində Bakıdan uçuşlarda məhdudiyyət tətbiq olunacaq? – AÇIQLAMA
A-
A
A+

Tədbir müddətində Bakı hava limanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək və bütün uçuşlar planlaşdırıldığı kimi həyata keçiriləcəkdir.

cbx-add

Bunu Turizmplus.az saytına açıqlamasında Hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.

O bildirib ki, COP29 tədbiri ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlərin gediş-gəlişinə hər hansı məhdudiyyət tətbiq olunmayacaq.

“Artan sərnişin axını və trafik sıxlığını nəzərə alaraq, sərnişinlərə hava limanına gələrkən və gedərkən ictimai nəqliyyatdan istifadə etmələri və əlavə vaxt planlamaları tövsiyə olunur”, – deyə Nərmin Xəlilova qeyd edib.

 

Oxşar xəbərlər