USD 1.7
10 °C

CANLI: İran İsrailə hücuma keçdi – YENİLƏNİR

Aprel 14, 2024 03:26 / 277
CANLI: İran İsrailə hücuma keçdi – YENİLƏNİR
A-
A
A+

03:26

cbx-add

Hazırda Tel-Əvivdə panika hökm sürür. İnsanlar sığınacaqlara toplanır.


03:22

İran İsrailə qarşı dördüncü dəfə dron hücumuna başlayıb.


03:05

İsrailin bir çox yerində partlayış səsləri eşidilir.


02:48


02:43

İordan çayının qərb sahilində fələstinlilər Fələstin əraziləri ilə İsrailin Beyt-El şəhəri arasındakı səddi yarmağa çalışırlar.


02:33

ABŞ rəsmiləri təsdiqləyiblər ki, ABŞ hərbiçiləri İsrailə doğru hərəkət edən bir neçə İran pilotsuz təyyarəsini vurub.


02:16

İran xalqı İsrailə hücumu dəstəkləmək üçün küçələrə axışmağa başlayıb.


02:14

Avstriya kansleri və Çexiya prezidenti də İranın hücumunu qınayırlar.

CNN: Bu, dünya tarixində ən böyük dron hücumudur.


02:04

İranın İsrailə hücumu ilə bağlı son vəziyyət:

Hizbullah sərhəddəki İsrail ərazilərinə raket zərbələri endirib.

İordaniya hava məkanını uçuşlar üçün bağlayıb.

İranın İsrailə ballistik raket atdığı iddia edilir. Görüntülər var.

İngiltərə və Fransa İranı qınayıb


01:30

İranın başlatdığı hücumdan sonra fələstinlilər küçələrə axışıb. Onların bəzi bölgələrdə İsrail əsgərlərinə hücum etdiyi bildirilir.


01:19

YENİLƏNDİ: Bayden çıxış etməyəcək.

ABŞ prezidenti Co Bayden Oval Ofisdən xalqa müraciət edəcək.


01:09

“Presse” xəbər verir ki, Tehranda böyük partlayış baş verib.


00:57

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsraili hədəf aldığını açıqlayıb.


00:55

İraqdan gələn çoxsaylı xəbərlərə görə, iki pilotsuz uçuş aparatlarının İsrailə iki marşrutla yollandığı görünür:

Biri İraqın cənubundan, ehtimal ki, İordaniyadan keçərək, mərkəzi İsrailə.

İkincisi, Şimali / Mərkəzi İraqdan, ehtimal ki, Suriyadan keçərək, İsrailin şimalına doğrudur.


00:50

Mətbuatda İranın şərqindən İsrailə raketlərin atıldığı dərc edilir.


00:43

İsrail dörd istiqamətdən hücuma məruz qalır;

İran
Yəmən (Husilər)
Həmas
Hizbullah


00:33

Hizbullah İsrailə raket zərbələri endirməyə başlayıb.


00:27

ABŞ prezidenti Co Bayden İranın İsrailə hücumundan sonra yüksək səviyyəli təhlükəsizlik şurası ilə fövqəlada vəziyyət otağında görüşəcək.


00:25

“The Times of Israel” xəbər verir ki, İranın İsrailə doğru ikinci PUA dalğasını buraxdığı iddia edilir.


İran İsrailə 50-dən çox pilotsuz uçuş aparatı ilə hücuma başlayıb.

“Mediaplus” xəbər verir ki, məlumatı İsrail müdafiə nazirliyi də təsdiq edib.

Qeyd edək ki, bu İranın İsrail ərazisinə ilk birbaşa hücumdur.

Oxşar xəbərlər