USD 1.7
16 °C

Camaləddin Həsənov: Hobbi kimi başladığım işi peşəkar biznesə çevirdim

İyul 22, 2024 13:11 / 251
Camaləddin Həsənov: Hobbi kimi başladığım işi peşəkar biznesə çevirdim
A-
A
A+

Xəbər verdiyimiz kimi, 2024-cü ildə “Absheron Travel” turizm agentliyi 10 illik yubileyini qeyd edir.

cbx-add

Şirkətin yaranma tarixi, göstərdiyi xidmətlər, gələcək planlar barədə Turizmplus.az saytı şirkətin təsisçisi və rəhbəri Camaləddin Həsənovla danışıb.

– Hobbidən peşəkar fəaliyyətə…10 il ərzində nələr baş verdi?

-Düz qeyd etdiniz. Artıq 10 ildir ki, “Absheron Travel” korporativ müştərilər üçün fəaliyyət göstərir. Turizm sahəsinə olan həvəsim 10 il öncə hobbi kimi başladığım işi peşəkar biznesə dönüşdürməyimdə yardımçı oldu. Hazırda turizm mənim əsas işimdir demək olar.

– “Absheron Travel” hazırda müştərilərə hansı xidmətləri göstərir?

– Getmə turizm ilə bağlı olan bütün xidmətləri müştərilərimizə təklif edirik. Sərfəli aviabiletlər, hotellər, paket turlar, lüks transfer, viza dəstəyi və s. xidmətləri peşəkar komandamız həyata keçirir.

– Gələcək planlarının: Növbəti addımlarınız necə olacaq?

– Növbəti mərhələdə gəlmə turizmlə də məşğul olmaq barədə düşünürük. Bundan əlavə, dünyanın müxtəlif ölkələrinə, əsasən də Azərbaycandan daha çox uzaqda yerləşən ölkələrə xüsusi hazırlanmış qrup turları təşkil etmək fikrindəyik.

Mən dünya ölkələrinin 80%-ni gəzmiş və təcürbə qazanmış biri kimi bu turların da uğurlu olacağına əminəm. Səyahətlərim ərzində qazandığım mükəmməl təcrübələri insanların da yaşamasını istəyirəm. Bu da həyata keçirəcəyimiz turların əsas qayəsini təşkil edəcək.

Oxşar xəbərlər