“Burj Al Arab” 18 aylıq təmirə bağlanır? – AÇIQLAMA
Dünyanın ən məşhur hotellərindən biri olan Burj Al Arab ilə bağlı sosial mediada yayılan “18 aylıq bağlanma” iddiaları gündəm yaradıb.
Turizmplus.az xəbər verir ki, bu məlumatlar hazırda rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Otelin operatoru olan Jumeirah Group tərəfindən belə bir qərarla bağlı hər hansı açıqlama verilməyib.
Mövcud vəziyyətə görə, hotel fəaliyyətini normal şəkildə davam etdirir və rezervasiyalar açıqdır.
Ekspertlər qeyd edir ki, bu miqyasda uzunmüddətli bağlanma qərarı qəbul olunduğu halda, bu barədə rəsmi kanallar vasitəsilə geniş ictimaiyyətə məlumat verilərdi.
Qeyd edək ki, yayılan məlumatlar daha çox sosial media paylaşımlarına əsaslanır və hazırda təsdiqlənmiş fakt kimi qəbul edilmir.

