Bu dəfə TBO turizmçiləri bir araya gətirib – FOTOLAR
“Four Seasons Bakı” hotelində www.tbo.com şirkəti tərəfindən təqdimat və qala gecə keçirilib.
Turizmplus.az xəbər verir ki, tədbirdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Azərbaycan Turizm Bürosunun nümayəndələri eyni zamanda, 200-ə yaxın yerli turizm şirkətinin nümayəndəsi iştirak edib. Tədbir şam yeməyi, işgüzar müzakirələr və səmimi görüş atmosferində keçirilib.
www.tbo.com şirkəti həm təchizatçılar, həm də alıcılar üçün turizm biznesini sadələşdirən aparıcı qlobal B2B platformsıdır. www.tbo.com vasitəsi ilə turizm agentlikləri və tur operatorlar dünyanın hər bir yerində otellər, hava yolları biletləri, kruizlər, avtomobil icarəsi, transferlər, ekskursiyalar, dəmir yolu biletləri və digər xidmətləri əldə edə bilərlər.
www.tbo.com platforması 160.000-dən çox turizm şirkətini 100-dən çox ölkədə 1 milyondan çox təchizatçı ilə birləşdirir. www.tbo.com şirkəti barəsində əlavə məlumat üçün jeyhoun.khalilbayli@tbo.com emaili vasitəsi ilə əlaqə saxlanıla bilər.
Gecəyə tanınmış müğənni Rilaya Hüseynzadənin ifaları ilə davam edib.