Flydubai sərnişinlərinə tranzit səyahətlərini daha maraqlı və yaddaqalan etməyə imkan verən Stopover proqramını təqdim edir.
“Aviapartner” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Zöhrab Əliyevin Turizmplus.az saytına verdiyi məlumata görə, bu proqram çərçivəsində sərnişinlər Dubay üzərindən həyata keçirdikləri uçuşlar zamanı şəhərdə dayanaraq onun zəngin turizm potensialından yararlana bilərlər. Beləliklə, bir səyahət çərçivəsində həm son təyinat nöqtəsini, həm də dünyanın ən məşhur şəhərlərindən biri olan Dubayı kəşf etmək imkanı əldə olunur.
Flydubai-nin Stopover proqramı Dubayın dünya səviyyəli turizm məkanlarını, əyləncə mərkəzlərini və geniş alış-veriş imkanlarını yaxından tanımaq üçün əlverişli fürsət yaradır. Sərnişinlər tranzit müddətini sadəcə gözləmə vaxtı kimi deyil, əlavə bir səyahət təcrübəsi kimi dəyərləndirə bilərlər.
Stopover proqramının şərtləri:
- Tranzit gözləmə müddəti 12 saatdan artıq olmalıdır;
- Aviabilet gediş-dönüş formatında rəsmiləşdirilməlidir.
Bu imkan xüsusilə səyahət həvəskarları üçün əlavə xərc çəkmədən daha çox məkan görmək və yeni təcrübələr qazanmaq baxımından cəlbedici hesab olunur.
Ətraflı məlumat və rezervasiya üçün Aviapartner komandası ilə əlaqə saxlamaq mümkündür.

