USD 1.7
10 °C

BƏƏ-də LEYSAN VƏ TUFAN; Reyslər ləğv edilir – VİDEO

Aprel 16, 2024 16:29 / 347
BƏƏ-də LEYSAN VƏ TUFAN; Reyslər ləğv edilir – VİDEO
A-
A
A+

Çərşənbə axşamı günortadan sonra BƏƏ-nin əksər ərazilərində leysan yağış və hətta dolu gətirən tufanların ikinci dalğası gözlənilir.

cbx-add

“Mediaplus” xəbər verir ki, Milli Meteorologiya Mərkəzinin bildirdiyinə görə, bu, ilk növbədə ölkənin qərbinə çatacaq, şərqə getməzdən əvvəl, Əbu-Dabi və Dubayın böyük hissəsində fırtına olacaq.

Əlverişsiz hava şəraitinin çərşənbə günü səhərədək davam edəcəyi, sahilyanı ərazilərdə – xüsusilə ölkənin şimal və şərqində yağıntı və şimşək çaxmasına səbəb olan konvektiv buludların olacağı gözlənilir.

Pis hava şəraiti səbəbilə sakinlərdən təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırılır.

Flydubai bir çox reysləri ləğv etmək məcburiyyətində qalıb, bir sıra digər reyslər isə hava şəraitinə görə təxirə salınıb.

Oxşar xəbərlər