“Baku Holiday Travel” Bakıda keçirilən mötəbər tədbirin təşkilatçısı olub

“Baku Holiday Travel” şirkəti Almatı Prosesinin 3-cü Nazirlər Konfransının təşkilatçı şirkəti olub.

Turizmplus.az xəbər verir ki, Bakı şəhərində keçirilən bu mötəbər tədbir, beynəlxalq miqrasiya idarəçiliyi, regional əməkdaşlıq və davamlı turizm perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir.
“Baku Holiday Travel” bu önəmli platformanın təşkilati işlərini öz üzərinə götürməklə yalnız turizm sahəsindəki mövqeyini daha da möhkəmləndirmir, eyni zamanda yeni beynəlxalq tərəfdaşlıqların qurulmasına da töhfə verir.
Qeyd edək ki, “Baku Holiday Travel” 2013-cü ildən etibarən fəaliyyət göstərir və bu müddət ərzində Azərbaycanın aparıcı turizm şirkətlərindən birinə çevrilib.