AZAL Təbriz və Tehran istiqamətində planlaşdırılan uçuşları müvəqqəti olaraq ləğv edib.
Turizmplus.az xəbər verir ki, Təbriz istiqamətində uçuşlar 6 aprel tarixinədək, Tehran istiqamətində isə 7 aprel tarixinədək həyata keçirilməyəcək.
Bununla bağlı tərəfdaşlara müraciət edilərək sərnişinlərin vaxtında məlumatlandırılması və yaranmış vəziyyətlə əlaqədar zəruri tədbirlərin görülməsi xahiş olunub.
Sərnişinlərə uçuş planlaşdırarkən reyslərin statusunu əvvəlcədən yoxlamaq tövsiyə edilir.

