AZAL 12 iyun tarixindən etibarən Yekaterinburq istiqamətində uçuşların sayını artıracaq.
Turizmplus.az xəbər verir ki, Bakı–Yekaterinburq marşrutu üzrə reyslər həftədə 4 dəfə həyata keçiriləcək.
Yeni uçuş cədvəli sərnişinlərə daha rahat səyahət planlaşdırmaq imkanı yaradacaq, həmçinin Azərbaycan ilə Rusiyanın bu şəhəri arasında turizm və işgüzar səfərlərin artmasına dəstək verəcək.

