Bakıda “Kaya Palazzo Hotel”in təqdimatı keçirilib – FOTOLAR
Sport Luxury və Fit Holidays şirkətlərinin birgə təşkilatçılığı ilə Kaya Palazzo Hotel-in təqdimat tədbiri keçirilib.
Turizmplus.az xəbər verir ki, tədbirdə turizm sektorunun nümayəndələri, səyahət agentliklərinin təmsilçiləri və tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər. Ümumilikdə, təqdimata 60-a yaxın agentlik qatılıb.
Tədbir çərçivəsində iştirakçılara Kaya Palazzo Hotel-in yenilikləri, təqdim etdiyi xidmətlər, qonaqlara yaradılan yeni imkanlar və qarşıdan gələn mövsümlə bağlı yenilənmiş konsepsiyası barədə ətraflı məlumat verilib. Hotel nümayəndələri qonaqlara yerləşdirmə imkanları, yüksək xidmət standartları, ailəvi və lüks istirahət paketləri, həmçinin fərqli qonaq seqmentləri üçün nəzərdə tutulan üstünlükləri təqdim ediblər.
Bildirilib ki, Kaya Palazzo Hotel qonaqpərvərlik sahəsində keyfiyyətli xidməti və müasir yanaşması ilə beynəlxalq turizm bazarında öz mövqeyini daha da gücləndirməyə davam edir.
Tədbir iştirakçıları təqdim olunan yeniliklərlə yaxından tanış olmaq, əməkdaşlıq perspektivlərini müzakirə etmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər. Görüş, eyni zamanda turizm sənayesində mövcud əlaqələrin möhkəmləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.
Tədbirin sonunda təşkilatçılar iştirak edən bütün agentlik nümayəndələrinə təşəkkürlərini bildirərək, gələcəkdə də bu cür peşəkar görüşlərin davam etdiriləcəyini vurğulayıblar.

