Bakıda “İsveç film günləri” keçirilir – MƏLUMAT

Oktyabr 15, 2025 22:41 / 46
Bakıda “İsveç film günləri” keçirilir – MƏLUMAT
A-
A
A+

Azərbaycan Kinematoqrafçılar İttifaqının İsveç səfirliyi ilə əməkdaşlığı çərçivəsində Bakıda “İsveç film günləri” keçirilir.

cbx-add

Turizmplus.az xəbər verir ki, 7-14-21-28 oktyabr tarixlərində baş tutacaq və  nümayişlərdə 4 bədii film nümayiş olunacaq.

Rejissor Frida Kempfin “İsveç torpedosu” (2024) tammetrajlı bədii filmi 1939-cu ilin yayında, İkinci Dünya müharibəsi ərəfəsində, 30 yaşlı tənha ana Salli Bauerin oğlunu qorumaq üçün La-Manş boğazını üzərək keçməsindən bəhs edir.

Rejissor Per Flünün “Hammarşöld” (2023) tammetrajlı bədii filmi 1961-ci ildə Soyuq Müharibə dövründə, İsveçli diplomat və iqtisadçı Daq Hammarşöldün həyatından, onun xalqlara verdiyi azadlıqdan, humanizmindən və bu yolda həyatını qurban verməsindən bəhs edir. O, BMT qoşunlarının ilk dəfə müharibə əməliyyatına rəhbərlik edir, düşmənləri ilə atəşkəs danışıqları aparmaq üçün riskli addımlar atır.

Rejissor Viktor Danelin “UFO İsveç” (2022) tammetrajlı bədii filmi  İsveç assosiasiyasında baş vermiş fövqəltəbii hadisələrdən bəhs edir. Elmi-fantastik janrda olan filmdə, yeniyetmə üsyançı Denisenin atasını axtarmasından, qanunun sərhədlərini aşan və izah olunmayan hadisələrlə dolu riskli macərasından bəhs edir.

Rejissor Yens Syöqrenin “Mən Zlatanam” (2021) tammetrajlı bədii filmi Balkan mühacirlərin ailəsində doğulan məşhur futbolçu Zlatanın qeyri-adi istedadı, ailəsi, çətin həyatı və  bütün bunlara  rəğmən onun nüfuzlu klublarda çıxış edərək beynəlxalq futbolun zirvəsinə yüksəlməsindən bəhs edir.

Filmlər “Azərbaycan” CineMasterkard-da (Bakı, Bulbul 30, Natavan heykəlinin arxası) orijinal dildə, Azərbaycan dilində altyazılarla nümayiş olunur.

Nümayiş saatlarını kinoteatrdan maraqlanın. Giriş sərbəstdir.

Oxşar xəbərlər