USD 1.7
27 °C

Bakıda “Çay Festivalı” keçiriləcək

May 25, 2024 15:29 / 301
Bakıda “Çay Festivalı” keçiriləcək
A-
A
A+

Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklərinin və bir sıra rayonların iştirakı ilə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilən Ümumdünya Çay Gününə həsr olunmuş “Çay Festivalı” keçiriləcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, Festival mayın 28-i saat 12:00-da 8 Noyabr küçəsində yerləşən Gənclik parkında baş tutacaq.

Tədbir ziyarətçiləri müxtəlif ölkələrin və regionların çay mərasimləri, çay restoranlarının təqdimatları, əyləncə proqramı, nərd çempionatı, uşaqlar üçün müxtəlif müsabiqələr və təbii ki, ölkənin ən yaxşı həvəskar aşpazlarının iştirakıyla keçiriləcək “Mənim çay süfrəm” adlı kulinariya müsabiqəsi ilə tanış olacaqlar.

Oxşar xəbərlər