Bu gün – 29 sentyabr Azərbaycanda Turizm İşçiləri Günü qeyd olunur.
Turizmplus.az xəbər verir ki, turizm işçilərinin peşə bayramının sentyabrın 29-da qeyd edilməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Sərəncamında edilmiş dəyişikliklə müəyyənləşdirilib.
29 sentyabr ölkənin turizm sektorunda çalışan mütəxəssislərin əməyinin qeyd olunduğu əlamətdar gündür. Turizm sənayesinin inkişafında turizm şirkətləri, hotel, aviaşirkət, restoran, bələdçilik və digər xidmət sahələrində çalışan mütəxəssislərin mühüm rolu var.
Turizmplus.az olaraq Azərbaycan turizminin inkişafına töhfə verən bütün turizm işçilərini peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

