“Azerfon”la əməkdaşlıq ATAA üzvlərinə nə qazandıracaq? – AÇIQLAMA
Xəbər verdiyimiz kimi, iyulun 6-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə “Azerfon” MMC arasında ikitərəfli turizm əlaqələrinin inkişafına və üzv şirkətlərlə əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.
Bəs, “Azerfon”la əməkdaşlıq ATAA üzvü olan turizm şirkətlərinə nə verəcək?
Turizmplus.az xəbər verir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə “Azerfon” MMC arasında əldə olunan razılığa əsasən üzv şirkətlərə “Travel sim” paketi üzrə xüsusi təkliflər təqdim ediləcək. Nömrələr üzv şirkətlərə ödənişsiz və aktiv olaraq təqdim olunacaq (Balans artırılan kimi istifadə edilə bilər).
- Sim kartların şirkətə çatdırılması, ada qeyd edilməsi Nar mobil operatoru tərəfindən həyata keçirilir.
- Tarifin qiyməti 10 AZN təşkil edir.
- Ödənilən hər 10 AZN-nin 3 AZN -ni turizm şirkətinə geri ödənilir.
- Ay ərzində turistin danışdığı məbləğdən asılı olmayaraq məbləğin 20%-i turizm şirkətinə geri ödənilir.
- Minimal olaraq turistin yüklədiyi hər 10 AZN dən 5 AZN -ni şirkətə geri ödənilir.
Qeyd: Həftəlik olaraq aktiv edilən nömrələrin müqaviləsi və pasport məlumatları Nar mobil şirkətinə təqdim edilməlidir.