Azərbaycanın turizm brendi yenilənir – NÖVBƏTİ AY TƏQDİM EDİLƏCƏK

İyul 10, 2026 13:14 / 52
Azərbaycanın turizm brendi yenilənir – NÖVBƏTİ AY TƏQDİM EDİLƏCƏK
A-
A
A+

Azərbaycanın turizm brendinin yenilənməsi prosesi yekunlaşmaq üzrədir və yeni brendin gələn ay təqdim olunması planlaşdırılır.

cbx-add

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, yeni brend Azərbaycanın beynəlxalq turizm bazarında tanıtımının daha da gücləndirilməsinə xidmət edəcək: “Hazırda Azərbaycanın əsas hədəf bazarlarında turizm istiqaməti kimi tanınma səviyyəsi orta hesabla 48 % təşkil edir. Bu göstərici Türkiyədə 90 %-dən, Səudiyyə Ərəbistanında 75 %-dən, Birləşmiş Ərəb Əmirliklərində 40 %-dən, Almaniyada isə 30 %-dən yüksəkdir. Turizm istiqamətinin tanınması təkcə turizm potensialı ilə bağlı deyil, eyni zamanda iqtisadi, siyasi, geosiyasi və regional amillərdən də asılıdır. Yeni brendinq strategiyası Azərbaycanın beynəlxalq turizm bazarlarında mövqeyinin daha da gücləndirilməsinə və ölkəyə marağın artırılmasına xidmət edəcək”.

F.Zenqstşmid vurğulayıb ki, Azərbaycan 2019-cu ildə turizm istiqaməti kimi dünya xəritəsində demək olar ki, tanınmırdı: “2019-cu ildə aparılan beynəlxalq araşdırması göstərib ki, əsas turizm bazarlarında Azərbaycan turizm istiqaməti kimi faktiki olaraq “boş səhifə” idi və ölkə turistlərin radarında yer almırdı. Bu səbəbdən 2018-ci ildən etibarən Azərbaycanın beynəlxalq turizm brendi formalaşdırılıb və “Take Another Look” kampaniyasına start verilib”.

Oxşar xəbərlər