ATAA üzvləri üçün işgüzar səhər yeməyi təşkil olunub

İyun 28, 2026 20:03 / 50
ATAA üzvləri üçün işgüzar səhər yeməyi təşkil olunub
A-
A
A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri üçün yeni istifadəyə verilən Şəki Könül Mətbəxi restoranı tərəfindən işgüzar səhər yeməyi təşkil edilib.

cbx-add

Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, səhər yeməyi çərçivəsində Assosiasiya nümayəndələrinə restoranın konsepsiyası, burada təqdim olunan zəngin milli və Avropa mətbəxini əhatə edən təamlar, fərdi qonaqlara və turist qruplarına təqdim olunan xidmətlər, eləcə də korporativ tədbirlər haqqında ətraflı məlumat verilib.

Bununla yanaşı ATAA üzvləri üçün nəzərdə tutulmuş xüsusi qiymət təklifləri, işgüzar əlaqələrin inkişafı, birgə marketinq təşəbbüslərini və əməkdaşlıq modelləri müzakirə olunub.

Oxşar xəbərlər