AZAL-ın ləğv edilmiş Naxçıvan reysləri ilə bağlı YENİ XƏBƏR

May 17, 2026 13:00 / 23
AZAL-ın ləğv edilmiş Naxçıvan reysləri ilə bağlı YENİ XƏBƏR
A-
A
A+

“Azərbaycan Hava Yolları” QSC (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.

cbx-add

Turizmplus.az AZAL-a istinadən xəbər verir ki, sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunur.

“Sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir”, – deyə aviaşirkət bəyan edib.

Oxşar xəbərlər