AZAL Bakıdan Qahirəyə ilk uçuşu həyata keçirib – VİDEO

Dekabr 26, 2025 22:51 / 120
AZAL Bakıdan Qahirəyə ilk uçuşu həyata keçirib – VİDEO
A-
A
A+

Bu gün ilk dəfə Bakıdan Misirin paytaxtı Qahirə şəhərinə AZAL tərəfindən birbaşa uçuş həyata keçirilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, uçuşlar həftədə bir dəfə olmaqla cümə günləri gerçəkləşdiriləcək. Uçuşların təşkil olunmasında əsas məqsəd Azərbaycanın inkişaf etməkdə olan turizm və investisiya potensialının təşviq edilməsi, eyni zamanda Azərbaycan vətəndaşlarının xarici turizm səfərlərinin asanlaşdırılmasıdır.

İki ölkə qarşılıqlı səfərlərin intensivləşdirilməsi eyni zamanda əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişlənməsi imkanlarını da artıracaq. Layihənin həyata keçirilməsi Azərbaycan Xarici İşlər Nazirliyinin və Azərbaycanın Misirdəki Səfirliyinin viza dəstəyi, müvafiq dövlət qurumları ilə AZAL-ın peşəkar tərəfdaşlığı sayəsində mümkün olub.

Oxşar xəbərlər