“Avropa Turizm” flydubai və Pegasus Airlines üzrə rəsmi satış ofisi oldu
Avropa Turizm ilə Aviapartner arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində şirkət Azərbaycanda flydubai və Pegasus Airlines üzrə Rəsmi Satış Ofisi statusu əldə edib.
Turizmplus.az xəbər verir ki, əməkdaşlığın məqsədi sərnişinlərə beynəlxalq standartlara uyğun bilet satışı və aviasiya xidmətlərinin təqdim edilməsidir.
Bildirilib ki, tərəfdaşlıq çərçivəsində sərnişinlər rəsmi aviabilet satışı, tariflər, baqaj, uçuş tarixinin dəyişdirilməsi və digər əlavə xidmətlər üzrə dəstək ala biləcəklər. Eyni zamanda, turizm agentlikləri və subagentlər üçün də yeni əməkdaşlıq imkanlarının yaradılması nəzərdə tutulur.
Tərəflər bu əməkdaşlığın Azərbaycanın aviasiya və turizm sektorunun inkişafına töhfə verəcəyini bildiriblər.


