Rusiyada avqustun 1-dən ölkədaxili aviabiletlərdə 30 faiz, beynəlxalq uçuşlarda isə 50 faiz artım olacaq.
Turizmplus.az Moskva Dövlət Universitetinin Beynəlxalq biznes və turizm sənayesinin idarə edilməsi kafedrasının müdiri, professor Aleksey Çudnovski avqustun 1-dən təyyarə və qatar biletlərinin qiymətlərində ciddi artımların olacağını iddia edib.
Federal Hava Nəqliyyatı Agentliyinin hava daşıyıcılarından aldığı rüsumları artırmaq qərarına uyğun olaraq, daxili uçuşlar üçün bilet qiymətlərinin 30%, beynəlxalq uçuşlar üçün isə 50% artacağı təxmin edilir.
Professor Çudnovski şəhərlərarası qatar daşımalarının qiymətlərinin də artacağını bildirib. Bütün qatar kateqoriyalarının kupelərində bilet qiymətlərinin iyun ayının əvvəli ilə müqayisədə təxminən 20% artacağı gözlənilir.