ATAA üzvləri üçün bu istiqamətə ödənişsiz info-tur baş tutacaq
Sankt – Peterburq Şəhər Turizmin İnkişafı Komitəsi, Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının birgə təşkilatçılığı ilə 24 – 28 İyun tarixlərində Getmə Turizmi ilə məşğul olan üzvlər üçün Rusiya Federasiyasının Sankt – Peterburq şəhərinə tanışlıq səfəri təşkil olunacaqdır.
Turizmplus.az xəbər verir ki, səfərin məqsədi, şəhərin turizm imkanları ilə tanışlıq və eyni zamanda turizm agentlikləri ilə görüşün təşkil edilməsidir.
Ədalətli seçim qaydalarını nəzərə alaraq müraciət edən ilk 35 şirkət rəhbərinin (hər şirkətdən bir nəfər olmaqla) iştirakı təsdiq ediləcəkdir. İştirak etmək istəyən üzvlər 0502245212 whatsapp xəttinə yazaraq qeydiyyatdan keçmələri xahiş olunur.
Qeyd edək ki, səfər tam şəkildə ödənişsizdir.